İki güləşçimiz dünya çempionatının yarımfinalında
Bizi izləyin

İdman

İki güləşçimiz dünya çempionatının yarımfinalında

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Publika.az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan Məmmədli adını yarımfinala yazdırıb.

Həsrət Cəfərov dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb. Cəfərov 1/4 finalda yerli güləşçiylə gərgin keçən mübarizədən də qalib ayrılaraq yarımfinala yüksəlib.

Xasay Həsənli debütdə İsveçrə güləşçisindən güclü olub. Ancaq 1/4 finalda son Avropa çempionuyla bacarmayıb.

Murad Əhmədiyev ilk görüşdə gürcü həmkarına uduzub.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

60 kq
1/8 final: Nihat Məmmədli - Vikas Vikas (Hindistan) 9:0
1/4 final: Nihat Məmmədli - Firuz Mirzərəcəbov (Tacikistan) 8:0
1/2 final: Nihat Məmmədli - Dinislam Bammatov (Rusiya)

67 kq
Təsnifat: Həsrət Cəfərov - Nestori Mannila (Finlandiya) 10:0
1/8 final: Həsrət Cəfərov - Luka Oçiqava (Gürcüstan) 12:3
1/4 final: Həsrət Cəfərov - Muslim İmadayev (Rusiya) 3:2
1/2 final: Həsrət Cəfərov - Qaqik Snjoyan (Fransa)

72 kq
1/8 final: Xasay Həsənli - Mixael Portman (İsveçrə) 5:1
1/4 final: Xasay Həsənli - Giorgi Çixikvadze (Gürcüstan) 0:11

82 kq
1/8 final: Murad Əhmədiyev - Saba Mamaladze (Gürcüstan) 0:11

Oxumağa davam et
Reklam
Reklam

Gündəm