İdman
Şahmatçımız seçmə mərhələnin qalibi oldu
Rapid üzrə onlayn dünya kuboku turnirinin seçmə mərhələsi çərçivəsində 18, 16 yaşlı oğlanlar, 10, 12 yaşlı qızlar arasında yarışlara yekun vurulub.
Publika.az xəbər verir ki, on səkkiz yaşlıların mübarizəsində uğurla çıxış edən təmsilçimiz Aydın Süleymanlı 8,5 xalla bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Digər şahmatçılarımız Əhməd Əhmədzadə 35-ci, Vüqar Manafov (hər ikisi 6 xal) 38-ci, Elnur Teymurov (5 xal) 73-cü yerləri tutublar.
On altı yaşadək şahmatçılar arasında 7,5 xal toplayan Xəzər Babazadə 5-ci, Şiroğlan Talıbov 12-ci olub. Sadiq Qarayev isə 6 xalla 57-ci pillədə qərarlaşıb.
On iki yaşlı qızların yarışında Xanım İsmayılova 7 xalla 19-cu yerə sahib olub. Ayan Hüseynli, Lalə Hüseynova isə 6 xalla 36-cı və 38-ci yerləri tutublar.
Təmsilçimiz Səadət Bəşirli isə 10 yaşlı qızlar arasında 7 xalla 14-cü sırada qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışlar başa çatıb. On yaşlı oğlanların yarışında Xaqan Əhməd, on iki yaşlılarda isə Cahandar Azadəliyev birinci yeri tutublar.
On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.
Seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.
Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü