Gimnastımız Slovakiyada gümüş medal qazandı
Bizi izləyin

İdman

Gimnastımız Slovakiyada gümüş medal qazandı

19-22 avqust tarixlərində Slovakiyanın Bratislava şəhərində “Slovak Aerobic Open” adlı yarış təşkil edilib.

Publika.az Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, turnirdə böyüklər yaş kateqoriyasında kişilər arasında Vladimir Dolmatov, qadınların yarışında Nurcan Cabbarlı, 15-17 yaş qrupunda Dilarə Qurbanova və 12-14 yaşlı gimnastlar arasında Məryəm Topçubaşova iştirak edib.

Yarışda ən yaxşı nəticəni son dünya çempionatının finalçısı olan Valdimir göstərərək, fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb. Türkiyə və İndoneziya gimnastları isə müvafiq olaraq 1-ci və 3-cü sırada yer alıblar.

Aerobika gimnastlarının növbəti dayanacağı isə Bolqarıstanın Plovdiv şəhəri olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm