Konfrans Liqası: "Qarabağ" Şotlandiyaya yollandı - FOTO
Bizi izləyin

İdman

Konfrans Liqası: "Qarabağ" Şotlandiyaya yollandı - FOTO

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin” komandasının qonağı olacaq “Qarabağ” futbol klubu avqustun 24-də Şotlandiyaya yollanıb.

Publika.az klubun saytına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanov avqustun 25-də Bakı vaxtı ilə 21:40-da mətbuat konfransında iştirak edəcək. Son məşq isə Bakı vaxtı ilə 22:00-da matçın oynanılacağı “Pittodri” stadionunda olacaq.

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da “Pittodri” stadionunda Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. Görüşü Avstriyadan olan hakimlər idarə edəcək. Harald Lexner matçın baş hakimi olacaq. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm