• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

"Neftçi" avrokuboklarda mübarizəni dayandırdı - YENİLƏNDİ

  • İdman
  • 26 Avqust 2021 23:13
  • 635 Baxış
"Neftçi" avrokuboklarda mübarizəni dayandırdı - YENİLƏNDİ

“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Publika.az xəbər verir ki, “ağ-qaralar” İsraildə Hayfa “Makkabi”si ilə üz-üzə gəlib. Bakıdakı ilk matçda 3:3 hesablı heç-heçə edən flaqman səfərdə rəqibinə böyük hesabla uduzub – 0:4.

“Ağ-qaralar” görüşə ciddi itkilərlə çıxıblar. Komandanın heyətində Yusuf Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün oynamayıblar. “Sammi Ofer” stadionunda təqribən 20 min azarkeşin izlədiyi görüş meydan sahiblərinin kəsərli hücumları ilə başlayıb. Artıq ilk dəqiqədə Hayfa təmsilçisi qol vurmağa yaxın olsa da, “Neftçi”nin qapıçısı Aqil Məmmədov gözəl seyvlə rəqibin sevinməsinə imkan verməyib. Bakı klubu “Makkabi”nin qapısı qarşısında ilk təhlükəli vəziyyəti 14-cü dəqiqədə yaradıb. Yaxşı təşkil olunmuş hücumun yekununda Emin Mahmudovun ötürməsinə Sabir Buqrin çata bilməyib. Cəmi 1 dəqiqə sonra “ağ-qaralar”ın qolkiperi növbəti dəfə komandasını real qoldan xilas edib. Lakin 20-ci dəqiqədə hesabın açılmasına Məmmədov da mane ola bilməyib. San Manaçem görüşdəki ilk qolun müəllifi olub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə “Neftçi” növbəti topu buraxıb. Meydan sahiblərinin heyətində Ömər Atzili fərqlənib. “Neftçi” fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanıb.

İkinci hissədə də təzyiqi davam etdirən Hayfa klubu 52-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb. Aqil Məmmədov Dolev Hazizanın vurduğu topu tutsa da, referi penalti zərbəsinin təkrarlanmasını istəyib. Haziza bu dəfə hədəfdən yayınmayıb – 3:0. Az sonra “Neftçi”nin baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident baş verib. Bu səbəbdən baş hakim 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib. "Ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşənlər isə azarkeşlərlə bağlı UEFA nümayəndəsinə şikayət ediblər. “Makkabi”nin təhlükəli hücumlarını dəf etməkdə çətinlik çəkən “Neftçi” 69-cu dəqiqədə 4-cü topu qapısında görüb. Məhəmməd Abu Fani baxımlı qolla qonaqları məyus edib. Flaqman oyun ərzindəki ən real qol vəziyyətini 87-ci dəqiqədə yaxalayıb. Amma Sezar Meza Kolli üzbəüz epizodda topu qapıdan keçirə bilməyib. Beləliklə, səfərdə 0:4 hesabı ilə uduzan “Neftçi” avrokuboklarla vidalaşıb.

xxx

22:26

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, Məhəmməd Abu Fani 69-cu dəqiqədə qonaqları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

xxx

20:12

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Publika.az xəbər verir ki, meydan sahiblərinin heyətində Dolev Haziza 52-ci dəqiqədə penaltidən fərqlənməklə, 3-cü topu qonaqların qapısından keçirib.

xxx

22:04

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

Publika.az xəbər verir ki, birinci yarıdan sonra flaqman hesabda geridədir - 0:2.

xxx

21:48

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Publika.az xəbər verir ki, "ağ-qaralar" fasiləyə məğlub yollanıb - 0:2.

xxx

21:45

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, birinci hissənin əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Hayfa təmsilçisinin heyətində Ömər Atzili fərqlənib.

xxx

21:20

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk qol vurulub.

Publika.az xəbər verir ki, 20-ci dəqiqədə meydan sahiblərinin futbolçusu San Menaçem hesabı açıb.

xxx

21:00

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Publika.az xəbər verir ki, "Sami Ofer" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR