Avropa çempionatı: İki şahmatçımız üçüncü turu qələbə ilə başa vurdu
Bizi izləyin

İdman

Avropa çempionatı: İki şahmatçımız üçüncü turu qələbə ilə başa vurdu

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda şahmatçılarımız Rauf Məmmədov Vojtech Plat (Polşa), Nicat Məmmədov Martin Vekker (Almaniya) üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Nicat Abasov Hans Stefansson (İslandiya), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Riad Səmədov Alexander Domalchuk (Ukrayna) ilə heç-heçə ediblər. Təmsilçilərimizdən Aydın Süleymanlı Liviu Dieter Nisipeanu (Almaniya) ilə qarşılaşmada uduzub.

Qeyd edək ki, iki turdan sonra şahmatçılarımız R.Məmmədov, N.Məmmədov 2,5, N.Abasov, V.Durarbəyli 2, A.Süleymanlı 1,5, R.Səmədov 1 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm