• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Şəhriyar Məmmədyarovdan “Aimchess USRapid” turnirində 1 qələbə, 4 heç-heçə

Şəhriyar Məmmədyarovdan “Aimchess USRapid” turnirində 1 qələbə, 4 heç-heçə

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin ilk 5 turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqravla heç-heçə edib. Ikinci turda amerikalı Leyner Dominqesə qalib gələn şahmatçımızın polşalı Yan Kşiştov Duda, rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə sonrakı 3 qarşılaşması da heç-heçə ilə nəticələnib.

Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 3 xalla 5-ci pillədədir.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR