DÇ-2022: Xorvatiya Slovakiyaya qalib gəldi
Bizi izləyin

İdman

DÇ-2022: Xorvatiya Slovakiyaya qalib gəldi

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsi oyununda Xorvatiya millisi Slovakiya yığmasını məğlub edib.

Publika.az xəbər verir ki, matç 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu Marselo Brozoviç vurub (86 -cı dəqiqə).

2022 Dünya Çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Qruplarında birinci yerləri tutmuş komandalar turnirin final hissəsinə çıxacaq. İkinci yeri tutanlar pley-off mərhələsində Qətərə vəsiqə uğrunda mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm