Çimərlik güləşçimiz İtaliyada bürünc medal qazandı
Bizi izləyin

İdman

Çimərlik güləşçimiz İtaliyada bürünc medal qazandı

İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçirilib.

Publika.az xəbər verir ki, qrup mərhələsini uğurla keçən güləşçimiz Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran idmançısı Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabı ilə qalib gələn O.Nəzəriani turnirin bürünc medalına sahib olub.

Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Qeyd edək ki, dünya seriyasının üçüncü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm