İdman
Birinci MDB Oyunları: Azərbaycan komandası 39 medal qazandı
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası aktivinə daha 2 medal əlavə edib.
Publika.az xəbər verir ki, tayboksçumuz Rəvan Ağazadə (67 kq) qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençikə uduzduğuna görə gümüş medalla kifayətlənib.
Digər gümüş medalı badminton komandamız qazanıb. Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda gümüş medala layiq görülüb.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 39 (11 qızıl, 9 gümüş və 19 bürünc) medal var.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...