"Zirə" ilk qələbəsini qazandı
Bizi izləyin

İdman

"Zirə" ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində hər iki qolu ikinci hissədə Davit Volkov vurub. Gürcüstanlı hücumçu 64 və 72-ci dəqiqələrdə fərqlənib.

28-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Rəqibin müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirən Anatole Abanq birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Yeni mövsümdə ilk qələbəsini qazanan "Zirə" xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür. Yeri gəlmişkən, "Sabah" turun açılış matçında evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura "Sabah" keçiriləcək "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm