İdman
"Neftçi" "Keşlə" ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, son çempion "Neftçi" "Keşlə"ni qəbul edəcək.
“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürəcək. Meydan sahibləri 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb. Xalı olmayan qonaqlar isə sonuncu - 8-ci yerdədir.
Komandalar indiyədək Premyer Liqada 66 dəfə üz-üzə gəliblər. Bunların 36-da flaqman, 15-də isə "Keşlə" 3 xal qazanıb. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 103:63. “Keşlə” son 5 görüşdə məğlub olub. “Neftçi”nin meydanındakı son üç qarşılaşmada hər iki komanda fərqlənib.
Azərbaycan Premyer Liqası, IV tur
18:30. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Səbail"i 5 cavabsız qolla üstələyib. "Zirə" isə "Sabah"la heç-heçə oynayıb - 1:1. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

-
Digər10:53
Pərviz Müşərrəf vəfat etdi
-
Digər10:33
DƏHŞƏTLİ QƏTL: Tanınmış Yutuber atası tərəfindən öldürüldü - VİDEO
-
İdman09:36
Nazir: "Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi" - VİDEO
-
Maraq dünyası03:43
Psixoloqdan Sevgililər Günü ərəfəsində tənhalara "QIZIL MƏSLƏHƏTLƏR"
-
Magazin202:42
Buzova hamamda çılpaq poza verdi - FOTO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: pul mübahisə mənbəyinə çevrilə bilər
-
Magazin100:23
"Normal qadın efirdə özünə ər axtarmaz" - VİDEO
-
Magazin14 Fevral 23:48
Fərqanə Qasımova ilə kürəkənindən maraqlı ifa - VİDEO