Tanınmış atçılar prezidentə müraciət etdilər
Bizi izləyin

İdman

Tanınmış atçılar prezidentə müraciət etdilər

Uzun illərdir atçılıq idmanı və at yetişdiriciliyi ilə məşğul olan bir qrup mütəxəssis bu sahədə yaranmış vəziyyət və problemlərlə bağlı mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, məşqçilərin, çaparların və at yetişdiricilərinin təşkil etdiyi tədbirdə hazırda ölkədə atçılıq idmanı ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı bildirilib. Çıxış edən “Xan xan” Atçılıq idman klubunun rəhbəri, at yetişdiricisi Rəşad Əhmədov bildirib ki, Prezident İlham Əliyevin 2006-cı ildə atçılığın inkişaf etdirilməsi ilə bağlı imzaladığı fərman yetərincə icra edilmir və hazırda bu sahə böyük böhran içindədir: “Xeyli vaxtdır ki, yarışlar dayanıb və yarışlar keçirilmir. Həmin fərmanda cavabdeh qurum kimi Kənd Təsərrüfatı ilə Mədəniyyət və Turizm Nazirliyi göstərilib. Lakin Kənd Təsərrüfatı Nazirliyi ümumiyyətlə bizə yaxın gəlmir. Mədəniyyət və Turizm Nazirliyi də bu sahə ilə maraqlanmır. Bizlər uzun illərdir bu sahəyə can qoymuşuq, xeyli uğurlar əldə etmişik. İndi çaparlarımız, məşqilərimiz işsiz-gücsüz qalıb, bəziləri fəhləlik edib ailələrini dolandırır”.

Müxtəlif yarışların iştirakçısı və qalibi olmuş çapar-məşqçi Nazim Azayev qeyd edib ki, uzun müddətdir ki, atçılıq idmanı ilə məşğul olur: “Xeyli müddət atçılıq üzrə qabaqcıl ölkələrdən olan İrlandiyada işləmişəm, bu sahədə böyük təcrübəm var və xeyli vaxtdır Azərbaycanda fəaliyyət göstərirəm. Deyə bilərəm ki, atçılıq ən ağır idman növlərindən biridir. İstər cıdır, istər konkur, istərsə də digər nümunəvi növlərdə olan idmançılar özlərini yeişdirməklə yanaşı həm də digər canlını, yəni atı da mükəmməl idarə etməlidir. Eyni vaxtda ikisini də bacarmaq çox məşəqqətlidir. Əvvəllər ölkəmizdə atçılıqla bağlı yarışlar keçirilirdi, müəyyən tədbirlər olurdu. Son illərdə isə vəziyyət daha da pisləşib. Demək olar ki, heç bir yarış keçirilmir, ölkəmizə gətirilən cins atlar formadan düşüb, məşqlər keçirilmir. 2021-ci il mövsümü başa çatmaq üzrədir. Hələ də heç bir yarış təşkil edilməyib".

N.Azayev əlavə edib ki, Azərbaycan atçıları illər əvvəl MDB ölkələri arasında keçirilən Prezident Kuboku kimin yarışda qalib gəlsə də, hazırda bu sahə tamamilə tənəzzül edib. Cıdır Mərkəzinin, Binə Hippadromunun vəziyyəti göz önünüdədir. tamamilə baxımsız vəziyyətdə qalıblar. Bu vəziyyət bizləri – atçılıq üzrə ixtisaslaşmış mütəxəssisləri çox məyus edir. Biz istəyirik ki, ata-babalarımızdan qalan, böyük ənənələri olan Azərbaycan atçılığını yaşadaq, inkişaf etdirək. Bununla bağlı dövlət başçısına da müraciətlər ünvanlamışıq. Bütün səlahiyyətli orqanlardan bir daha xahiş edirik ki, Azərbaycanda atçılığın məhv olmasına imkan verməsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm