İdman
"Qarabağ" liderliyə yüksəldi, "Keşlə" isə...
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Publika.az xəbəer verir ki, açılış oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub. "ASK Arena"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçdan öncə Vətən müharibəsinin ildönümü yad edilib. Ağdam klubu meydana hərbi geyimdə çıxıb. Futbolçular isə üzərində "Qəhrəmanları olan Vətənin bayrağı enməz" şüarı yazılmış pankart açıblar. Daha sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Oyuna gəlincə, start fitindən sonra dərhal irəliyə atılan "Qarabağ"ın çoxsaylı hücumları 20-ci dəqiqədə bəhrəsini verib. Abdullah Zubir Filip Ozobiçin künc nöqtəsindən ötürdüyü topu başla qapıdan keçirib. İlk hissənin sonlarında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov texniki zonadan qovulub. 41 yaşlı mütəxəssis baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Beləliklə, birinci yarı qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə tamamilə müdafiəyə çəkilən "Keşlə" əks hücumların birində tarazlığı bərpa edib. 71-ci dəqiqədə müdafiədəki boşluqdan istifadə edən Aldair Neto Şahruddin Məhəmmədliyevlə üzbəüz dueldən qalib ayrılıb. Anqolalı hücumçu topu qapıçının başı üzərindən tora qovuşdurub. Buraxılan qoldan sonra "köhlən atlar" təzyiqi artırsalar da, bu, nəticədə öz əksini tapmayıb və "Keşlə" mövsümdə ilk xalını qazanıb. Xallarını sayını 11-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Bakı klubu isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək. Tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO