Ronaldudan növbəti rekord
Bizi izləyin

İdman

Ronaldudan növbəti rekord

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu daha bir rekorda imza ataraq Avropa futbolunun tarixinə düşüb.

Publika.az xəbər verir ki, 36 yaşlı hücumçu “Mançester Yunayted”in heyətində “Vilyarreal” a qarşı meydana çıxmaqla Çempionlar Liqasının tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.

Beləliklə, ÇL-da 178-ci oyununa çıxan forvard “Real” (Madrid) və “Portu”nun keçmiş qapıçısı İker Kasilyasın nəticəsini geridə qoyub.

Məlumat üçün qeyd edək ki, K.Ronaldu Çempionlar Liqasında bir oktyabr 2003-cü ildə debüt edib.

O zaman 18 yaşlı Ronaldu “Stutqart”a qarşı matçda meydana daxil olaraq bir məhsuldar ötürmə ilə yadda qalmağı bacarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm