"Barselona" səfərdə "Benfika"ya məğlub oldu
Bizi izləyin

İdman

"Barselona" səfərdə "Benfika"ya məğlub oldu

Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub.

Publika.az xəbər verir ki, gecənin ən maraq doğuran görüşü İtaliyada keçirilib. “Yuventus” öz meydanında turnirin son çempionu “Çelsi” komandasını qəbul edib. Görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyin həll edən qol matçın ikinci hissəsində (46-cı dəqiqə) vurulub. Federik Kiyeza Federiko Bernardeskinin ötürməsini qola çevirib.

Günün sensasiyası Portuqaliyada qeydə alınıb. "Benfika" gözlənilmədən "Barselona"nı üç cavabsız qolla məğlubiyyətə uğradıb. Qeyd edək ki, Kataloniya təmsilçisi birinci turda eyni hesabla "Bavariya"ya məğlub olmuşdu.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4,

"Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.

Xal durumu: "Atalanta" - 4,"Mançester Yunayted" - 4, "Yanq Boyz" - 3, "Vilyarreal" - 1.

G qrupu

"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.

Xal durumu: "Zaltsburq" - 4, "Volfsburq" - 2,

"Sevilya" - 2, "Lill" - 1.

H qrupu

"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0

Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm