Fransa millisi Belçikanı məğlub etdi
Bizi izləyin

İdman

Fransa millisi Belçikanı məğlub etdi

Oktyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsində ikinci yarımfinal görüşü keçirilib.

Publika.az xəbər verir ki, Turindəki “Alianz” stadionunda reallaşan görüşdə Belçika millisi sonra dünya çempionu Fransa yığması ilə qarşılaşıb. Gərgin keçən görüşdə Fransa millisi üstün olub - 3:2.

Oyunun ilk hissəsi Belçika seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yannik Karrasko və Romelu Lukaku fərqləniblər. Fasilədən sonra fransızlar oyunda qeridönüş edərək ardıcıl üç qol vuraraq finala vəsiqə qazanıb. Qolları Kərim Benzema, Kilyan Mbappe və Teo Hernandes vurublar. Beləliklə, Fransa millisi finalda ötən gün İtaliyanı 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Dördlər finalı"n həlledici görüşü oktyabrın 10-da keçiriləcək. Həmin gün həm də 3-cü yer uğrunda oyun baş tutacaq. Bütün matçlar İtaliyada gerçəkləşəcək.

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm