İdman
"Legiya" Mahir Emreli ilə bağlı açıqlama yaydı

Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü analizin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.
Tezliklə komanda ilə məşqlərə qoşulacaq forvardın "Lex"ə qarşı çempionat matçında oynayacağı bildirilib.
Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

-
Hadisə12:39
Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu - FOTO
-
Magazin112:04
“Çukur”un aktyoru Şahruddinə səsləndi: “Qabağa qaçma” - VİDEO
-
Magazin111:19
"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"
-
Magazin209:12
Cennifer Lopez çəkiliş meydançasında son anda ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
İdman08:49
Baş məşqçisi Ronaldodan danışdı: "Problem yaradacaq..."
-
Ekologiya07:17
Bu gündən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Yaxın Şərq06:46
İsraildə ölüm hökmünün tətbiqi təklif edildi
-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı