İdman
"Milan" öz meydanında əzmkar qələbə qazandı - FOTO
Oktyabrın 16-da futbol üzrə İtaliya A Seriyasının səkkizinci turun növbəti oyunu keçirilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma olub. Gecənin ən maraqlı görüşü "San Siro" stadionunda reallaşıb.
"Milan" öz meydanında "Verona" komandasını qəbul edib.
Görüşü daha fəal başlayan qonaqlar gözlənilmədən ardıcıl iki qol vurub. "Verona"nın heyətində Canluka Kaprari (7) və Antonin Barak (24) fərqləniblər.
Fasilədən sonra hücumlarını kəsərin artıran "Milan"ın heyətində 59-cu dəqiqədə Olivye Jiru, 76-ci dəqiqədə Frank Kessi və 78-ci dəqiqədə Koray Quter (avtoqol) fərqlənərək əzmkar qələbə qazanıb.
Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 22-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Verona" isə 8 xalla 13-cü yerdə qərarlaşıb.
Turun mərkəzi qarşılaşmasında "İnter" səfərdə "Latsio"ya 3:1, "Spezia" isə öz meydanında "Salernitana"nı (2:1) məğlub edib.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR