İdman
Hafka borcları ödədi, amma...
"Bakı" klubu futbolçularını sevindirməyə başlayıb. Belə ki, klub insafa gələrək futbolçulara olan borclarının bir qismini qaytarmağa başlayıb. Publika.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının II turunun "Neftçi" ilə oyunundan sonra klub rəhbərliyi oyunçulara maaşlarını ödəyib.
Onlar oyundan dərhal sonra bazaya gedərək, pullarını alıblar. Amma rəhbərlik hələlik futbolçulara olan borcun 30 faizini ödəyib. Yaxın günlərdə qalan borcun da qaytarılması gözlənilir.
Lakin klub üzvlərindən birinin Publika.az-a ötürdüyü məlumata görə, artıq bir neçə futbolçu da heyəti tərk etməyə hazırlaşır. Çünki hər kəsin pulu eyni dərəcədə ödənilməyib. Həmçinin deyilənə görə, maaşların qalan qisminin də ödəniləcəyi inandırıcı deyil.
Həmçinin futbolçular onlara ödənilən məbləğin kifayət etmədiyini bildirirlər.
Aygün İlqarqızı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?