ÇL-nin qrup mərhələsinin üçüncü turuna yekun vuruldu
Bizi izləyin

İdman

ÇL-nin qrup mərhələsinin üçüncü turuna yekun vuruldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulub.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin son qalibi, H qrupunda yer alan İngiltərənin “Çelsi” klubu öz meydanında İsveçin “Malmö” komandasını qəbul edib.

“Stenford Bric” stadionunda baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Londonluların heyətində Andreas Kristensen, Jorjinyo (2) və Kay Havertz fərqlənib.

Bu qrupun digər görüşündə “Yuventus” (İtaliya) səfərdə Rusiyanın “Zenit” komandasını minimal hesabla məğlub edib - 1:0. Oyunun taleyin həll edən qol matçın 86-cı dəqiqəsində vurulub. Deyan Kulusevski fərqlənib.

F qrupunda "Mançester Yunayted" İngiltərədə İtaliyanın "Atalanta" komandasını sınağa çəkib. İlk hissədən sonra hesabda geridə olan "qırmızı şeytanlar" ikinci yarıda ardıcıl üç qol vuraraq, əzmkar qələbə qazanıblar. Bu qrupun digər oyununda "Yanq Boyz" İsveçrədə İspaniyanın "Vilyarreal" klubuna uduzub - 4:1.

E qrupunda yer alan, iki turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniyanın "Barselona" klubu Ukraynanın "Dinamo Kiyev” komandasını qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Kataloniya təmsilçisinin yeganə qoluna 36-cı dəqiqədə Jerar Pike imza atıb. Qeyd edək ki, bu “Barselona”nın cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu ilk topudur. Bu qrupun digər görüşü - “Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) arasında oynanılacaq.

G qrupunda yer alan Almaniyanın "Volfsburq" və Avstriyanın "Zaltsburq" komandaları üz-üzə gəlib. Gərgin keçən görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Zaltsburq" 7 xalla birinci, “Volfsburq” isə iki xalla üçüncü yerdə qərarlaşıb. Bu qrupun digər görüşündə “Lill” Fransada İspaniyanın “Sevilya” komandasını qəbul edəcək.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

"Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0;

"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya) - 0:4.

Qrupdakı vəziyyət: "Bavariya" - 9, "Benfika" - 4, "Barselona" - 3, “Dinamo" - 1.

F qrupu

"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya) - 1:4;

"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya) - 3:2.

Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 6, "Atalanta" - 4, "Vilyarreal" - 4, "Yanq Boyz" - 3.

G qrupu

"Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) - 3:1;

"Lill" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0.

Qrupdakı vəziyyət: "Zaltsburq" - 7, "Sevilya" - 3, "Volfsburq" - 2, "Lill" - 2.

H qrupu

"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 4:0;

"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya) - 0:1.

Qrupdakı vəziyyət: "Yuventus" - 9, "Çelsi" - 6, "Zenit" - 3, "Malmö" - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm