"Çelsi" yeddi cavabsız qolla üç xal qazandı
Bizi izləyin

İdman

"Çelsi" yeddi cavabsız qolla üç xal qazandı

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının doqquzuncu turunun növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ikinci oyun günündə altı oyun baş tutub.

Gecənin ən məhsuldar oyunu "Stenford Bric" stadionunda qeydə alınıb.

Çempionluğa iddialı "Çelsi" klubu autsayder "Norviç Siti"nin qapısına yeddi cavabsız qol keçirib.

Oyunda Meyson Mount (3), Kallum Xodson-Odoi, Ris Ceyms, Benjamin Çiluel və Ceyms Arons (avtoqol) fərqləniblər.

Bu nəticədən sonra xallarını 22-ə çatdıran "Çelsi" turnir cədvəlində liderliyini qoruyub. "Norviç Siti" isə iki xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

"Çelsi"nin turnir cədvəlində əsas rəqibi "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşır. Həmin görüşdə Mançester təmsilçisi 3:0 öndədir.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Kristal Palas" - "Nyukasl Yunayted" - 1:1;

"Everton" - "Vatford" - 2:5;

"Lids Yuneyted" - "Volverhemton" - 1:1;

"Southemton" - "Börnli" - 2:2;

"Arsenal" - "Aston Villa" - 3:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm