"Qarabağ" "Neftçi"ni darmadağın edərək vahid lider oldu - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" "Neftçi"ni darmadağın edərək vahid lider oldu - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.

xxx

20:00

Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun mərkəzi qarşılaşmasında üz-üzə gələn “Qarabağ” - “Neftçi” oyununun birinci hissəsi başa çatıb.

Publika.az xəbər verir ki, komandalar fasiləyə “Qarabağ” klubunun 3:0 hesablı üstünlüyü ilə yollanıb.

Oyunda hesabı 10-cu dəqiqədə Filip Ozobiç açıb. Qoldan beş dəqiqə sonra Abdulla Zubir fərqi iki topa çatdırıb. Qarşılaşmanın 23-cü dəqiqəsində matçın baş hakimi Əliyar Ağayev “flaqman”ın qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Matçın 37-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Ömər Buludov ciddi zədələnib. İyirmi üç yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onun yerinə İsmayıl Zülfüqarlı daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm