"Çelsi" qələbə qazandı, "Zaltsburq" uduzdu
Bizi izləyin

İdman

"Çelsi" qələbə qazandı, "Zaltsburq" uduzdu

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Publika.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 matçdan 2-si başa çatıb.

G qrupunda Avstriya "Zaltsburq"u Almaniyada "Volfsburq"la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İspaniya "Sevilya"sı Fransanın "Lill" klubunu qəbul edəcək.

H qrupunda isə İngiltərənin "Çelsi" komandası İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada "Yuventus" və Rusiyanın "Zenit" klubları arasında keçiriləcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

2 noyabr

G qrupu

21:45. "Volfsburq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 2:1

Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 - Maksimilian Vöber, 30

00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa)

Xal durumu: "Zaltsburq" - 7 (4 oyuna), "Volfsburq" - 5 (4), "Sevilya" - 3, "Lill" - 2.

H qrupu

21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Hakim Ziyeş, 56

00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya)

Xal durumu: "Yuventus" - 9, "Çelsi" - 9 (4 oyuna), "Zenit" - 3, "Malmö" - 0 (4)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm