• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Güləşçimiz dünya çempionu oldu

  • İdman
  • 3 Noyabr 2021 22:36
  • 885 Baxış
Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında final görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb./

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR