• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

"Neftçi" baş məşqçisiz qaldı: Samir Abasova ağır cəza

  • İdman
  • 6 Noyabr 2021 03:47
  • 912 Baxış
"Neftçi" baş məşqçisiz qaldı: Samir Abasova ağır cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Publika.az xəbər verir ki, buna çalışdırıcının Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la oyunda azarkeşləri təhqir etməsi səbəb olub.

Komitə bu davranışına görə, Abasovu 3-ü şərti olmaqla, 5 oyunluq diskvalifikasiya edib. Həmçinin klub 4000 manat cəriməyə məruz qalıb. Baş məşqçiyə 3 aylıq sınaq müddəti verilib.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu ağdamlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR