UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi
Bizi izləyin

İdman

UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

Publika.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm