İdman
Fərid Qayıbov qılıncoynadan və badmintonçularla görüşdü - FOTO
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) və Azərbaycan Badminton Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hər iki növ üzrə milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.
AQF-nin baş katibi Vasif Məmmədov və ABF-in baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşlərdə ABF-in vitse-prezidenti və AQF İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, ABF-in digər vitse-prezidenti Mirzə Orucov, şpaqa üzrə milli komandanın baş məşqçisi Südef Quliyev və badminton yığmasının baş məşqçisi Morteza Validarvi iştirak ediblər.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub