Azərbaycanın və Mərakeşin güləş federasiyaları saziş imzalayıb
Bizi izləyin

İdman

Azərbaycanın və Mərakeşin güləş federasiyaları saziş imzalayıb

Azərbaycanın Güləş Federasiyası ilə Mərakeşin Güləş Federasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycanın Güləş Federasiyası ilə Mərakeşin Güləş Federasiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Mərakeşin Əl-Cədidə şəhərində keçirilmiş görüşdə Azərbaycanı Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, Mərakeşi isə yerli federasiyanın prezidenti Fuad Meskout təmsil edibləe.

Şimali Afrika ölkəsi bu sahədə Azərbaycanın topladığı təcrübə və biliklərdən faydalanacağına ümid edir. Əməkdaşlıq çərçivəsində Mərakeş güləşçilərinin müxtəlif beynəlxalq yarışlara, o cümlədən olimpiya oyunlarına hazırlanması nəzərdə tutulur.

Fuad Meskout ise deyib ki, “Bu saziş Mərakeş idmançılarının səviyyəsini yüksəldəcək və qarşıdakı yarışlarda ölkəni layiqincə təmsil edə biləcək milli komanda hazırlamağa imkan verəcəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm