İdman
Azərbaycan-Qətər oyunu heç-heçə ilə bitdi
Futbol üzrə Azərbaycan millisi ilə Qətər yığması arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.
Publika.az xəbər verir ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxıblar.
Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.
Litvalı FIFA referisi Donatas Rumşasın idarə etdiyi oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli fərqlənib. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.
İkinci hissəyə daha fəal başlayan yığmamız matçın 67-ci dəqiqəsində hesabda önə çıxıb. E.Mahmudov baxımlı qolla dubla izma atıb. Görüşün 78-ci dəqiqəsində qətərli futbolçu A.Əli dubl edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, Azərbaycan - Qətər oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olub.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!