Erməni təxribatı zamanı şəhid olmuş hərbi qulluqçu futbolçu olub
Bizi izləyin

İdman

Erməni təxribatı zamanı şəhid olmuş hərbi qulluqçu futbolçu olub

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Publika.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm