• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

"Qarabağ" "Omoniya" ilə oyunda qələbəni əldən verdi - YENİLƏNDİ

  • İdman
  • 25 Noyabr 2021 23:56
  • 1 442 Baxış
"Qarabağ" "Omoniya" ilə oyunda qələbəni əldən verdi - YENİLƏNDİ

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. "Köhlən atlar" ilk 15 dəqiqədə rəqibini təzyiq altında saxlayıb. Buna baxmayaraq, futbolçular çərçivəyə düşməkdə çətinlik çəkib. Əksərən sol cinahdan hücumlar quran "Qarabağ" rəqibə onların özlərinə aid hissədə pressinq tətbiq edib. 29-cu dəqiqədə Abdullah Zubirin zərbəsi toru yandan silkələyib. 34-cü dəqiqədə Filip Ozobiçin cəhdindən sonra qapıçı Fransis Uzoho topu tutub.

Qonaqların qapıya doğru ilk zərbəsi 36-cı dəqiqəyə təsadüf edib. Nikolas Panayotu topu qapının üstündən vurub. İki dəqiqə sonra Ozobiçin fərqlənməsinə növbəti dəfə Uzoho icazə verməyib. 40-cı dəqiqədə isə İbrahima Vadji çərçivəyə düşə bilməyib. Əvəzində 43-cü dəqiqədə "Omoniya" hesabı açıb. Toral Bayramov əllə oynadığı üçün danimarkalı baş hakim Morten Krox penalti təyin edib. Mixal Dyuriş Şahruddin Məhəmmədəliyevlə dueldən qalib ayrılıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarı da Azərbaycan klubunun hücumları ilə start götürüb. 48-ci dəqiqədə Ozobiçin fərqlənməsinə növbəti dəfə qolkiper mane olub. Bir dəqiqə sonra komanda istəyinə çatıb və Paris Psaltisin avtoqolundan sonra qarşılaşmada tarazlıq bərpa olunub. 58-ci dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. 65-ci dəqiqədə Filip Ozobiç topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. Ardınca "Omoniya" azlıqda qalıb. Kiko ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə Kevin Medina başla fərqlənməyə yaxın olsa da, topu qapının yanından vurub. 83-cü dəqiqədə Ozobiç çətin vəziyyətdə olmasına rəğmən qapıya zərbə endirib, lakin top qapının üstündən keçib.

88-ci dəqiqədə Patrik Andrade "Qarabağ"ı hesabda önə keçirsə də, 90-cı dəqiqədə Jordi Qomes uzaq məsafədən komandasının ikinci qolunu vurub və qarşılaşma 2:2 hesabı ilə bitib.

Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi İsveçrə "Bazel"i ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. "Omoniya" isə 3 xalla 3-cü sıradadır.

xxx

23:33

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda dördüncü qol vurulub.

Publika.az xəbər verir ki, 90-cı dəqiqədə Jordi Qomes tarazlığı bərpa edib - 2:2.

xxx

23:29

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda üçüncü qol vurulub.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi 88-ci dəqiqədə hesabda önə keçib.

Patrik Andrade rəqibi növbəti dəfə mərkəzə dəvət edib.

xxx

23:00

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi 49-cu dəqiqədə tarazlığı bərpa edib.

Paris Psaltis avtoqol müəllifi olub.

xxx

22:47

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, hazırda Nikosiya təmsilçisi 1:0 hesabı ilə öndədir.

Qonaqların heyətində 43-cü dəqiqədə Mixal Dyuriş penaltini dəqiq yerinə yetirib.

xxx

22:28

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Nikosiya təmsilçisi 43-cü dəqiqədə önə keçib.

Qonaqların heyətində Mixal Dyuriş penaltini dəqiq yerinə yetirib. Komandalar fasilələyə bu hesabla yollanıblar.

xxx

21:48

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu start götürüb.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də başlayıb.

Görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR