"Neftçi" və "Səbail" komandaları oyuna pankartla çıxdılar
Bizi izləyin

İdman

"Neftçi" və "Səbail" komandaları oyuna pankartla çıxdılar

"Neftçi" və "Səbail" komandaları Azərbaycan Premyer Liqasının XII tur oyununa birgə pankartla çıxıblar.

Publika.az xəbər verir ki, pankart üzərində "qadınlara qarşı zorakılığa son deyirik" yazılıb.

Həmçinin, "ağ-qaralar"ın oyunçuları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə narıncı forma geyiniblər.

Matçı dövlət rəsmiləri, müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri tribunadan izləyir.

Qeyd edək ki, "Bakcell Arena"dakı görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm