"Qarabağ" səfərdə xal itirdi
Bizi izləyin

İdman

"Qarabağ" səfərdə xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqası XII tura yekun vurulub.

Publika.az-ın məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutub. Mərkəzi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

69-cu dəqiqədə qonaqların müdafiəçisi Kevin Medina cərimə meydançasında rəqib hücumçu Ülvi İsgəndərovun sifətinə şillə vursa da, matçın baş hakimi Kamranbəy Rəhimov qayda pozuntusu qeydə almayıb. Yeri gəlmişkən, Rəhimov ilk dəfə Premyer Liqa oyununa təyinat alıb.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran Ağdam klubu liderliyini qoruyub. "Qırmızı-qaralar" isə 22 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" "Səbail"ə 1:0, "Zirə" isə səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm