“Azəriqaz”ın əməkdaşı dünya çempionu oldu
Bizi izləyin

İdman

“Azəriqaz”ın əməkdaşı dünya çempionu oldu

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 12 ildir ki, qurumda çalışan Ruslan Tağıyevlə görüşüb.

Bu barədə Publika.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, R.Tağıyev noyabrın 28-də Budo döyüş növləri üzrə Tunisdə keçirilmiş yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.

Görüşdə R.Əliyev üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün R.Tağıyevə təşəkkür edib, onun əldə etdiyi uğurları yüksək qiymətləndirib. R.Tağıyev Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.

“Azəriqaz”ın baş direktoru Azərbaycanda idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu R.Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm