Avstraliya Qran-prisinin qalibi bəlli oldu
Bizi izləyin

İdman

Avstraliya Qran-prisinin qalibi bəlli oldu

Melburn şəhərindəki “Albert Park”da keçirilən Formula 1 Avstraliya Qran-prisinin qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Ferrari”nin pilotu Şarl Lekler birinci olub.

“Red Bull”un meksikalı pilotu Serxio Peres yarışı ikinci, “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü pillədə başa vurublar.

Ş.Lekler karyerasında ilk dəfə “Böyük dəbilqə”yə sahib olub. Belə ki, monakolu pilot yarışa pouldan start verib və yürüşə startdan sonadək liderlik edib. Şarl Lekler həmçinin Avstraliya Qran-prisində ən yaxşı dövrənin sahibidir və o, mövsümdə ikinci qələbəsini qazanıb.

Pilotların sıralamasına 71 xalla Ş.Lekler başçılıq edir. C.Rassel 37 xalla ikinci, S.Peres isə 33 xalla üçüncü pillədə yer alır.

Növbəti yarış iki həftə sonra İtaliyada təşkil olunacaq. İmolada keçiriləcək yürüşdən əvvəl sprint yarışı baş tutacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm