Mourinyonun açıqlaması İngiltərəni qarışdırdı
Bizi izləyin

İdman

Mourinyonun açıqlaması İngiltərəni qarışdırdı

Mourinyonun açıqlaması İngiltərəni qarışdırdı

“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun açıqlaması İngiltərədə gündəmi zəbt edib. Publika.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis jurnalistlərə araşdırmaya ehtiyac duyulan mövzu da verib:

“Bir tərəfdə UEFA-nın “Maliyyə Fair Play” qaydalarına əməl edən, digər tərəfdə isə təhlükəli işlər görən klub var. Həmin klubun adını çəkmək istəmirəm.

Çünki bu, mənim işim deyil, amma idman jurnalisti olsam, bunu araşdıraram. Bunu Mişel Platini və digərləri təhlil etsin. Mən sadəcə gözləyirəm”.

Bu açıqlamanın ardından UEFA “Mançester Siti”nin “Maliyyə Fair Play” testindən keçirməyə hazırlaşır.

Əgər klubun 2011-2012 və 2012-2013 mövsümündə zərərinin 45 milyon avro olduğu təsdiq edilərsə, "Mançester Siti" UEFA-nın təşkil etdiyi turnirlərdən uzaq qala bilər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm