Formulada mövsümün ilk təkər testləri başa çatdı
Bizi izləyin

İdman

Formulada mövsümün ilk təkər testləri başa çatdı

Mövsümün ilk təkər testlərində “Ferrari”, “Alfa Romeo” və “AlphaTauri” komandaları çıxış edib.

Publika.az xəbər verir ki, İtaliyanın İmola trasında 2023-cü il mövsümü üçün Pirelli-nin slik prototiplərinin ikigünlük testləri başa çatıb.

Çərşənbə günü təkər iştehsalçısı üç komanda ilə çalışıb: “Ferrari”, “Alfa Romeo” və “AlphaTauri”. Skuderiyada iş əsas pilotlar arasında bölünüb – səhər saatlarında Şarl Lekler 63 dövrə qət edib, nahar fasiləsindən sonra isə onu 51 dövrə vuran Karlos Sayns əvəzləyib.

“AlphaTauri”ni idarə edən Yuki Tsunoda səhər 50 dövrə, fasilədən sonra isə 53 dövrə vurub.

“Alfa Romeo” Robert Kubica tərəfindən test olunub. Polyak səhər saatlarında 81 dövrə, günorta isə 19 dövrə qət edib. Komandalar Pirelli proqramına uyğun işləyiblər və hansı tərkiblərin sınaqdan keçirildiyini bilməyiblər.

Pirelli mühəndisləri 2023-cü il mövsümü üçün növbəti təkər testlərini iyunun 24-də Mucelloda “Ferrari” ilə keçirməyi planlaşdırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm