İdman
Millimiz Qazaxıstana məğlub oldu - YENİLƏNDİ
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
Publika.az">Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub.
Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.
Matçın ilk yarım saatı ərzində meydanda bərabər mübarizə getsə də, fasiləyə doğru Azərbaycan millisi pressinq hesabına təşəbbüsü ələ alıb. Ən real qol vəziyyəti 31-ci dəqiqədə qeydə alınıb. Renat Dadaşovun rəqib cərimə meydançası xaricindən endirdiyi qüvvətli zərbəni qapıçı İqor Şatski dəf etməyi bacarıb. Bir dəqiqə sonra Şatski Azər Salahlının fərqlənməsinə imkan verməyib. 35-ci dəqiqədə isə Salahlının qapıya doğru qüvvətli zərbəsindən sonra top Emin Mahmudova dəyərək, istiqamətini dəyişib.
İlk yarıda qol vurulmasa da, fasilədən sonra meydan sahibləri daha inamlı təsir bağışlayıblar. 50-ci dəqiqədə Aymbetovun uzaq məsafədən zərbəsindən sonra top tora daxil olub. Tezliklə Qazaxıstan millisi ikinci qolu vurub. Lakin macarıstanlı referi İştvan Vad VAR sisteminə müraciət etdikdən sonra qolu qeydə almayıb. 60-cı dəqiqədə Aymbetov yenidən fərqləndikdə də VAR-a baxılıb. Bu dəfə qolun qaydalar çərçivəsində vurulduğu təsbit olunub.
Qalan dəqiqələrdə Azərbaycan millisinin ən azı təsəlli qolunu vurmaq üçün cəhdləri səmərə verməyib. 68-ci dəqiqədə Aleksey İsayevi Anatoli Nuriyevin, Renat Dadaşovu Namik Ələskərovun, 79-cu dəqiqədə Bədavi Hüseynovu Tural Bayramovun, Emin Mahmudovu Dmitri Nazarovun və Mahir Emrelini Ramil Şeydayevin əvəzləməsi də səmərəsiz olub.
Beləliklə, Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.
xxx
19:17
Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda növbəti top vurulub.
Publika.az">Publika.az xəbər verir ki, Nur-Sultandakı "Astana Arena"da keçirilən qarşılaşmanın 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Abat Aymbetov özünün və komandasının ikinci qoluna imza atıb.
VAR sisteminə müraciət olunduqdan sonra qol qeydə alınıb - 2:0.
xxx
19:07
Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda hesab açılıb.
Publika.az">Publika.az xəbər verir ki, Nur-Sultandakı "Astana Arena"da keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Abat Aymbetovun uzaqdan zərbəsindən sonra top qapıya daxil olub - 1:0.
xxx
18:47
Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.
Publika.az">Publika.az xəbər verir ki, Nur-Sultandakı "Astana Arena"da keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz bərabərliklə çıxıblar.
xxx
18:27
Qazaxıstan və Azərbaycan yığmaları arasında UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunun ilk tur oyunu start götürüb.
Publika.az">Publika.az xəbər verir ki, qarşılaşma Nur-Sultandakı "Astana Arena"da keçirilir.
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi






.webp)




.jpg)




.jpg)




















