Pəncərə bağlanan gün bomba harada partlayacaq?
Bizi izləyin

İdman

Pəncərə bağlanan gün bomba harada partlayacaq?

Pəncərə bağlanan gün bomba harda partlayacaq?

Bu gün Avropada transfer pəncərəsi bağlanır.

Komandalar son transferlərlə bağlı uzun-uzadı danışıqları yekunlaşdırırlar.

Publika.az xəbər verir ki, pəncərənin bağlandığı gün transfer bombasını “Mançester Yunayted” partlada bilər.

“Qırmızı şeytanlar” “Monako”nun kolumbiyalı ulduzu Radamel Falkaonu heyətə qatmağa yaxındır.

Hazırda Falkaonun Mançesterdə olduğu və tibbi baxışdan keçdiyi bildirilir. İngilislərin kolumbiyalı hüçumşunu icarəyə götürəcəyi söylənilir.

Xatırladaq ki, bir müddət əvvəl Falkaonun “Real”a keçəcəyi ilə bağlı xəbər yayılmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm