Ronaldo nədən narazıdır?
Bizi izləyin

İdman

Ronaldo nədən narazıdır?

Ronaldo nədən narazıdır?

"Real"ın ulduzu Ronaldo fikirləri ilə gündəm yaradıb.

Publika.az xəbər verir ki, portuqaliyalı ulduz "Real"ın transfer siyasətindən narazı olduğunu bildirib.

O, Anxel di Mariya və Xabi Alonsonun komandanı tərk etməsinə belə münasibət bildirib:

““Real”ın transferləri ilə bağlı mənim öz fikirlərim var. Bu barədə danışmaq istəmirəm. Əks təqdirdə, qəzetlərin sabahkı buraxılışlarının baş səhifəsində olardım. Bu isə mənə lazım deyil. Əgər "Real"ın prezidenti düşünürsə ki, yeni futbolçular alınmalıdır və bəziləri komandadan getməlidir, o zaman bunu müzakirə etmərəm.

"Real"da heyət baxımından yaxşı və pis mənada dəyişiklik ola bilər. Xoşbəxtlikdən biz Toni Kroos və Xames Rodriqes kimi səviyyəli futbolçularla müqavilə imzaladıq. Məncə Anxel di Mariya və Xabi Alonso komanda üçün önəmli futbolçular idi. Getməmələri daha yaxşı olardı. Ümid edirəm ki, onlar olmadan da hər şey yaxşı keçəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm