Ronaldo ağır cəzalana bilər
Bizi izləyin

İdman

Ronaldo ağır cəzalana bilər

Ronaldo ağır cəzalana bilər

"Real"ın futbolçusu Kriştiano Ronaldo 3 oyunluq cəza ala bilər. Publika.az-ın məlumatına görə, Ronaldo İspaniya La Liqasının son turunda "Atletik"in futbolçusu Karlos Qurpeginə qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə alıb.

O, bununla kifayətlənməyərək meydanı tərk etdikdə ehtiyat hakimə təhqiredici jest də göstərib. Bu məqam da protokolda qeyd edilib.

Belə olacağı təqdirdə Ronaldo "Vilyareal", "Xetafe" və "Elçe" ilə qarşılaşmaları buraxa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm