Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazandı - YENİLƏNDİ
Bizi izləyin

İdman

Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal qazandı - YENİLƏNDİ

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

Publika.az xəbər verir ki, yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar.

İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

xxx

20:13

Kluj-Napokada (Rumıniya) bu gün başlayan cüdo üzrə Avropa Açıq Kubokunun ilk günündə 11 Azərbaycan idmançısı çıxış edir.

Publika.az xəbər verir ki, Rəşad Elkiyev 60 kq çəki dərəcəsində bürünc medal uğrunda döyüşdə Tibo Vollemana (Nideland) qalib gəlib.

Nazir Talıbov finalda Coşua Cilesdən (Böyük Britaniya) üstün olaraq qızıl medal qazanıb.

Elçin Hüseynov bürünc medal uğrunda görüşdə digər azərbaycanlı idmançı Ruslan Paşayevə uduzub. Bununla da Paşayev bürünc medalın sahibi olub.

73 kq çəki dərəcəsində Telman Vəliyev finala yüksəlib. Nəriman Mirzəyev isə bürünc uğrunda mübarizə aparmaq imkanı əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm