172 milyon avroluq fərq
Bizi izləyin

İdman

172 milyon avroluq fərq

172 milyon avroluq fərq

Milli komandaların dəyəri açıqlanıb.

Publika.az xəbər verir ki, məşhur "Transfermarkt" saytı heyətdəki futbolçuları qiymətləndirərək, milli komandaları dəyərləndirib. Milli komandamızın bu gün yoldaşlıq oyunu keçirəcəyi Rusiya yığmasının da dəyəri müəyyənləşib. Sayt rəqibimizə 179 milyon 550 min avro qiymət qoyub.

Rusiyanın ən dəyərli oyunçusu Alan Caqoyevdir. ÇSKA-nın yarımmüdafiəçisinin 23 milyon avro qiyməti var. Onu ÇSKA-nın başqa bir üzvü - qapıçı İqor Akinfeyev izləyir - 20 milyon avro. İlk "üçlüy"ü Aleksandr Kokorin qapayır. "Dinamo"nun forvardının 18 milyon avro qiyməti var.

Milli komandamızdan imtina edərək Rusiya yığmasını seçən Aleksandr Səmədov da ən bahalılar siyahısındadı. Onun dəyəri 10 avrodu.

Qeyd edək ki, "Transfermarkt" millimizin heyətində Moskvaya getmiş 22 futbolçuya 6 milyon 800 min avro qiymət qoyub. Bu isə Rusiyanın yığmamızdan 172 milyon 750 min avro baha olması deməkdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm