“Neftçi” Fəhmin Muradbəyli ilə yollarını ayırdı
Bizi izləyin

İdman

“Neftçi” Fəhmin Muradbəyli ilə yollarını ayırdı

Bakının “Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.

Publika.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli şəkildə xitam verib.

Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018-ci, 2020 - 2021-ci illər ərzində "ağ-qara" formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm