“Qarabağ” - “Ferentsvaroş” oyununu bu hakimlər idarə edəcək
Bizi izləyin

İdman

“Qarabağ” - “Ferentsvaroş” oyununu bu hakimlər idarə edəcək

Bakıda Ağdamın “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün əsas referisi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm