Şahin Diniyev Foqtsa irad tutdu
Bizi izləyin

İdman

Şahin Diniyev Foqtsa irad tutdu

Şahin Diniyev Foqtsa irad tutdu

Futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində Rusiya ilə keçirilən yoldaşlıq görüşündə 4:0 hesabı ilə məğlub oldu.

Millimiz sentyabrın 9-da Bakıda seçmə mərhələnin açılış oyununda Bolqarıstanı qəbul edəcək. Rusiya qarşısında aciz qalan millimiz qrup mərhələsində nəyə ümid edə bilər?

Millimizin keçmiş baş məşqçisi Şahin Diniyev Publika.az-a verdiyi açıqlamada bu suala cavab verdi:

“Millimizi Rusiya ilə oyunda imkanlarından aşağı səviyyədə çıxış etdi. Rotasiya var idi, heyətdə dəyişikliklər olmuşdu. Ancaq mənə elə gəlir ki, bu oyunda taktiki gedişlərin üzərində yoxlamalar aparmaq lazım idi. Fərdi yoxlama və ya xətlərdə dəyişiklər yox.

Futbolçuların yoxlanmasına daha çox fikir verilmişdi. Bir sözlə, yaxşı oyun göstərmədilər. Amma bunun bir şeyi yaxşıdır ki, əsas qarşılaşmadan öncə pis oyun göstərilən zaman məsuliyyət artır. Futbloçular da, məşqçilər də Bolqarıstanla oyuna daha yaxşı köklənəcəklər.

Artıq səhvlərdən və zəif oyundan nəticə çıxaracaqlar, Bolqarıstana qarşı daha yaxşı oynayacaqlar. Oyuna daha yaxşı motivasiya olacaqlar. O oyunla bunun arasında böyük fərq olacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm