İslamiada: Azərbaycanın voleybol yığmasının yarımfinaldakı rəqibi bəlli oldu
Bizi izləyin

İdman

İslamiada: Azərbaycanın voleybol yığmasının yarımfinaldakı rəqibi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsindəki rəqibi bəlli olub.

Publika.az xəbər verir ki, yığma finala gedən yolda A qrupunu 2-ci pillədə bitirən İran seçməsi ilə qarşılaşacaq. Görüş avqustun 14-də baş tutacaq.

Qeyd edək ki, digər yarımfinal matçında Türkiyə Kamerunu sınağa çəkəcək. Final oyunu avqustun 15-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm