23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır - NAZİR
Bizi izləyin

İdman

23 medal Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır - NAZİR

“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

“Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, - nazir əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm