Ronaldo oğluna telefonu QADAĞAN ETDİ
Bizi izləyin

İdman

Ronaldo oğluna telefonu QADAĞAN ETDİ

"Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo oğluna mobil telefon işlətməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "DerbyDerbyDerby.it" nəşri yazıb.

Ronaldonun fikrincə, uşaq erkən yaşda işin öhdəsindən gəlmək üçün əməyin dəyərini dərk etməlidir.

"Əlbəttə, mən valideynə yaraşan hər şeyi ona vermək istəyirəm. Amma eyni zamanda onun çox çalışmasını, təvazökar insan olmasını istəyirəm. Oğlumu hər şeylə təmin edə bilərəm, amma o, bilməlidir ki, çoxlu sevinclər naminə qurbanlar verilməlidir. Davamlı olaraq məndən mobil telefonunun olub-olmadığını soruşur. Mən də ona yox deyirəm. Hələ tezdir" - futbolçu qeyd edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm